| Xəbər 754 dəfə oxunub
ABŞ venesuelalılara humanitar yardım üçün 200 milyon dollardan çox pul ayırır

ABŞ hökuməti venesuelalılara humanitar yardım üçün əlavə 200 milyon dollardan çox vəsaitin ayrılmasına qərar verib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeonun açıqlamasında deyilir.

“Əlavə yardım kimi 200 milyon dollardan çox vəsait və eləcə də humanitar yardıma ehtiyacı olan venesuelalılara 138 milyon dollardan çox vəsait ayırırıq”, - deyə ölkənin xarici siyasət idarəsi rəhbərinin açıqlamasında qeyd olunub.

Söhbət vətəndə qalan və həmçinin “bölgənin digər ölkələrinə qaçan” venesuelalılardan gedir.