| Xəbər 1769 dəfə oxunub
Uhanda yarasalarda 150 tip koronavirus aşkarlanıb

Dünyanı cənginə alan koronavirusla bağlı araşdırmalar davam edir və hər dəfə ilginc məlumatlar ortaya çıxmaqdadır. Mütəxəssislər virusun necə ortaya çıxdığını öyrənmək üçün yorulmadan araşdırmalar aparır.

Uhanın Virusologiya İnstitutunun tanınmış mütəxəssislərindən olan Şi Zengli yarasalar üzərində apardığı araşdırmalar zamanı qorxunc nəticələr əldə edib. Mütəxəssisin sözlərinə görə, yarasalarda pandemiyaya səbəb ola biləcək 1500 sayda koronavirus növü var ki, onların da bəziləri çox təhlükəlidir.

Bu arada xatırladaq ki, bu günə qədər koronavirusun 3 növü - SARS (2003), MERS-CoV (2012–2015) və Covid-19 pandemiyaya səbəb olub.

Beləliklə, Virusologiya İnstitutu həmin virusların insana yoluxma riskini araşdırır. Şi Zenglinin sözlərinə görə, virusların bir çoxunun insanlara yoluxma ehtimalı yoxdur, bununla belə bəziləri yoluxmaya meyillidir: “Mütəxəssislərimiz virusların hansının insana yoluxa biləcəyini araşdırır və nümunələri testdən keçirməkdə davam edirik”.

Uhan mütəxəssislərinin iddialarına görə, Covid-19 Uhanda deyil, məhz yarasaların kütləvi şəkildə yaşadığı dağ mağaralarının yanındakı kəndlərdə ortaya çıxıb.

Xatırladaq ki, dünyada Covid-19 virusuna yoluxanların sayı 5 milyona yaxınlaşıb. Virusdan ölənlərin sayı isə 324 min 962 nəfər olub.