|
Del Pyero xəstəxanadan evə buraxıldı

İtaliya millisinin və “Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero xəstəxanadan buraxılıb.

"Report" xəbər verir ki, bu barədə 46 yaşlı keçmiş hücumçu "Instagram" hesabından bildirib. O, hazırda evində olduğunu vurğulayıb.

Qeyd edək ki, Del Pyero böyrəklərindəki daşa görə Los-Ancelesdə xəstəxanaya yerləşdirilmişdi. 1993 - 2012-ci illərdə “Yuventus”da çıxış etmiş forvard 6 çempionluq, bir ölkə kuboku, dörd Superkubok qazanıb və Çempionlar Liqasının qalibi olub.