| Xəbər 991 dəfə oxunub
"Şiş yenidən yaranıb" - Əməkdar artist
Əməkdar artist Rəhman Rəhmanovun  səhhətində yenə problem yaranıb.

Axşam.az xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" verilişində danışıb. R.Rəhmanov bildirib ki, karantindən sonra xaricə müalicəyə gedəcək.

 

O, onikibarmaq bağırsağında yenidən şiş yarandığını açıqlayıb:

"Onikibarmaq bağırsağımda daş var idi, onu götürdülər. Amma indi şiş yenə əmələ gəlib. Karantin bitəndən sonra xaricə müalicəyə gedəcəm.

İndi hiss edirəm ki, əvvəlki vəziyyətə qayıtmışam. Yeyəndə, içəndə o ağrıları yaşayıram. Hələ həkimə getməmişəm. Dərmanla məni saxlayırlar. Kimyaterapiya da hələ məsləhət görülməyib. Qorxmuram, yaşadığım qədər yaşamışam, işləmişəm. Nə olacaqsa olacaq. Bu ağrı, xəstəlikdənsə, yaşamamaq yaxşıdır".