| Xəbər 1184 dəfə oxunub
“Oskar” tarixində ən böyük böhran ola bilər

“Oskar 2021” mükafatlarının verilmə tarixi dəyişə bilər.

 

Axşam.az xəbər verir ki, buna səbəb isə pandemiyaya görə film çəkilişlərinin təxirə salınmasıdır.

Təşkilatçılar hazırda mərasimin mayın sonuna və ya iyunun əvvəlində keçiriləməsi ilə bağlı fikirləri nəzərdən keçirirlər.

Mütəxəssislərin sözlərinə görə, bu, “Oskar” tarixində ən böyük böhran ola bilər.

Qeyd edək ki, hər il reallaşan mükafatlandırma mərasimi ikinci dünya müharibəsi zamanı da keçirilib. “Oskar”ın verilməsi indiyə qədər yalnız 1 dəfə, 1981-ci ildə ABŞ prezidenti Ronald Reyqana qarşı törədilən sui-qəsd zamanı təxirə salınıb.

Xatırladaq ki, mükafatlandırma mərasimi hər il fevral ayında keçirilirdi.