| Xəbər 1195 dəfə oxunub
“İnsanlar biri-birinə bənzəməyə başlayıblar”

Türkiyəli məşhur aktrisa Tuba Büyüküstün İnstaqramın canlı yayımında sevənləri ilə söhbət edib.

 

Axşam.az xəbər verir ki, aktrisa gənc yaşda estetik əməliyyat edənlərə məsləhətlər də verib:

"Təbii üsullarla həll olunmayan hallarda əməliyyata üz tutmaq olar. Mənim üçün bir yerini dəyişdirmək, özünü qurban vermək dəməkdir. İnsanlar öz üzlərini tanıyıb ona görə bir şey etmək əvəzinə, biri-birinə bənzəməyə başlayıblar. Bu, estetik əməliyyatların xoşagəlməz hissəsidir”.