| Xəbər 1150 dəfə oxunub
"Amerikan piroqu"nun ulduzu vəfat edib

Amerikalı komediya aktyoru Fred Uillard vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə 81 yaşlı mərhum aktyorun qızı sosial şəbəkədə məlumat verib.

 

O bildirib ki, atası təbii səbəblərdən Los-Ancelesdə dünyasını dəyişib.

Qeyd edək ki, Fred "Amerikan piroqu", "Toy iflası", "Qaranın 50 çaları" kimi filmlərdəki rolu ilə tanınıb.