|
“Küçədən keçən bir adam Kənandan daha yaxşı oynayır”

Türkiyəli aktrisa Hande Ataizi həmkarı Kənan İmirzalıoğlu ilə bağlı tənqidi fikirlər səsləndirib.

O, bu barədə Ertem Şenerin “Youtube” verilişində danışıb.

“Kıvançt Tatlıtuğu çox bəyənirəm. İnanılmaz bir aktyordur. Kənan İmirzalıoğlu isə istedadlı deyil. Küçədən keçən bir adam ondan daha yaxşı oynayır” deyə, Hande bildirib.