|
Marketdə müğənninin pulları oğurlandı

Müğənni Elvin Abdullayevin marketdə pullarını oğurlayıblar.

Sənətçi bu barədə sosail şəbəkədə yazıb. O bildirib ki, hadisə alış-veriş edərkən baş verib.
“Cibimdən pulqabım götürülmüşdü. Pulqabım sonra tapıldı, amma içindəki pullarım götürmüşdülər. Hadisə yerinə polis əməkdaşları gəldi. Ancaq marketdə kameradakı görüntüləri göstərə bilməyəcklərini dedilər. Baş ofislə əlaqə saxladım, dedilər, bu gün kameralarımız işləmir.

Polis əməkdaşları öz vəzifə borclarını yerinə yetirdilər və yetirməkdədirlər. Amma market nə etdisə, bu görüntüləri verə bilmədi".