| Xəbər 5041 dəfə oxunub
Azərbaycanda hərbçilər arasında da yoluxma qeydə alınıb:

"Əsgərlər arasında ciddi yoluxma qeydə alınmayıb".

Bunu jurnalistlərə açıqlamasında TƏBİB rəhbəri Ramin Bayramlı deyib.

R.Bayramlı söyləyib ki, bir neçə zabit arasında yoluxma halı qeydə alınıb. Onların müalicəsi həyata keçirilib: "Hazırda hərbi hissələrimizdə heç bir ciddi yoluxma halı yoxdur və ciddi nəzarət var. Yoluxan zabitlər müalicə edilərək sağalıb".