| Xəbər 1276 dəfə oxunub
Acundan bir milyonluq rekord

TV8 kanalının sahibi Acun Ilıcalı “Survivor” yarışmasının iştirakçıları ilə İnstaqramda canlı yayım edib.

 

Axşam.az xəbər verir ki, 12 milyon izləyicisi olan aparıcı ötən gün canlı yayıma “Könüllülər” komandasını çıxarıb.

72 dəqiqə davam edən yayımı 1 milyondan çox insan izləyib. Bu rəqəmlə də Türkiyə rekordu qırılıb.

“Survivor Panorama” verilişinin aparıcısı Hakan Hatipoğlu isə 1 milyon nəfərin dünya rekordu olduğunu iddia edib. Yarışmanın iştirakçısı Cemal Can isə dünyaca məşhur ulduz Kardi Binin 70 milyon izləyici olmasına rəğmən onu 80-100 min nəfərin canlı yayımda izlədiyini söyləyib.