| Xəbər 1184 dəfə oxunub
Sezen Aksu məşhur şairin evini gözəllik salonuna çevirdi, tənqid edildi

Türkiyənin İstiqlal marşının yazarı Mehmet Akif Ersoyun evinin gözəllik salonu kimi istifadəyə verilməsi qalmaqala səbəb olub.

Axşam.az xəbər verir ki, türk mətbuatında evin 2011-ci ildə Sezen Aksu tərəfindən 350 min lirəyə alındığı, 500 min lirə isə təmiri üçün xərclədiyi qeyd edilib.

Ev daha sonra Safiye Turan adlı biznes lediyə gözəllik mərkəzini istifadə etmək üçün kirayə verilib.

Bu xəbər yayılanda sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sezen Aksu bu hərəkətinə görə insanların qəzəbinə tuş gəlib.