| Xəbər 1208 dəfə oxunub
Castin arvadını bezdirib

Dünyaca məşhur müğənni Castin Biberin arvadı, model Heyli Bolduin əri ilə bağlı gözlənilməz etiraf edib.

 

Axşam.az xəbər verir ki, bu barədə 23 yaşlı Heyli “Facebook”da yayımlanan “Ər-arvadın şousu” sənədli filmində danışıb.

O, ötən il ailə həyatı qurduğu Castindən artıq bezdiyini bildirib.

Karantin müddətini birlikdə keçirən cütlük evin içində oturmaqdan artıq sıxılıdığını, başqa işlərlə məşğul ola bilməməkdən biri-birini incitdiyini qeyd edib.

Qeyd edək ki, Castin və Heyli hazırda Torontodakı evlərində yaşayırlar. Onların toyu ötən ilin sentyabrında olub.