|
İnterpolun tutduğu bank direktoru və atası hakim önündə

Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondunun külli miqdarda vəsaitini mənimsəməkdə ittiham edilən bank diektorunun məhkəməsi başlayır. Onunla birlikdə atası da həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham edilən Fuad Cam və atası Əli Camın cinayət işi üzrə məhkəmə iclası başlayır.

İşə hakim Zeynal Ağayevin sədrliyi ilə baxılacaq.

Məlumata görə, fəaliyyəti dayandırılmış “Röyal Bank”ın direktoru 29 yaşlı Fuad Cam və atası mənimsəmədə ittiham olunur.

Fuad Cam “Royal Bank”ın direktoru, bankın Müşahidə Şurasının sədri isə onun atası Əli Cam olub.

İttihama görə, ata və oğul Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondunun külli miqdarda vəsaitini mənimsəyiblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.