|
"Xaricdə yaşayan azərbaycanlılar arasında koronavirusdan ölüm halı var"

"Xaricdə yaşayan azərbaycanlılar arasında koronavirusa yoluxma və ölüm halları var".

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.

O bildirib ki, ölən vətəndaşların nəşinin geri qaytarılmasına icazə verilir: " Bunun həyata keçirilməsi üçün mövcud vəziyyətdə həmin dövlətlərin aidiyyatı qurumlar ilə işlər həyata keçirilir və vəfat edən şəxslərin nəşinin geri qaytarılması təmin edilir".