| Xəbər 1313 dəfə oxunub
Mayın 31-dən sonra karantin rejimi ilə bağlı qərar necə olacaq? - rəsmi cavab

“Mayın 31-dən sonra xüsusi karantin rejiminin uzadılması barədə fikir söyləmək erkən olardı“.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.

O, bildirib ki, qərar verilməzdən öncə ümumi vəziyyət dəyərləndiriləcək: "Ölkəmizdə və dünyada olan vəziyyətin qiymətləndirilərək, qərarın verilməsi vacibdir. Vəziyyətdən asılı olaraq, karantin rejiminin yumşaldılması və ya sərtləşdirilməsi ola bilər".