| Xəbər 2741 dəfə oxunub
DTX və Baş Prokurorluq DSX-də əməliyyat keçirdi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.

"Hazırda araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.", - məlumatda əlavə olunub.