| Xəbər 2294 dəfə oxunub
Üz dəriniz torpaq rəngində, qırışlı və səpkilidir?

Üz dərisi quru, torpaq rəngində, damarları üzə çıxmış, göz ətrafı və ağız küncündə qırışlar, çatlar, gənc yaşda dərin qırışlar varsa, deməli, sizin xarici görünüşünüz pis qidalanma və bəzi ərzaqlardan asılı olaraq dəyişir.

Milli.Az medicina.az-a istinadən qidalardan dəyişən üz tiplərini və çıxış yollarını təqdim edir.

I variant:

- Göz küncləri quru, rəngi tünd, qırışlı
- Üz dərisinin qızarması, damar ulduzları
- dərin burunətrafı qırışlar
- Qabıqlanma, qaşınma
- geniş məsamələr

Üzünüzdə bu simptomlar varsa, bir nömrəli düşməniniz içki, spirtli, daha sonra isə suzuzluq və quru yeməklərdir.
Bu qida və içkilərə fasilə verin.

II variant:

- Alında horizontal qırışlar
- Göz qapaqlarının sallanması
- Yorğun görünüş
- Şişmiş gözlər
- Sızanaq, səpki
- Piqment ləkələr

Sizin üzünüz tipik şəkər üzüdür. O qədər şirin, şəkər qəbul edirsiz ki, artıq şəkərin orqanizm tərəfindən mənimsənilməsi də pisləşib.

Orqanizm qanda qlükozanı saxlamaq üçün sizdən daha çox şəkər tələb edir.

Nə etməli: orqanizmi birdən-birə şəkərdən məhrum etməməli, amma hər gün bir az daha qəndi, şəkəri, şirniyyatı azaltmaq lazımdır. Çaya, qəhvəyə 3 yox, 1 qaşıq şəkər əlavə edin, şirniyyatın yarısını yeyin. Daha çox tərəvəz və meyvə yeyin.

 

III variant:

- Üzdə şişkinlik
- Gözaltında torbalar
- Xırda səpkilər
- Qara nöqtələr
- göz altında qaralma
- Dərinin relyefinin nahamarlığı
- Rənginin pis olması

Sizdə laktoza, süd mənimsənilməsində problem var. Dərinizin düşməni süddür.
Süd və süd məhsullarından uzaq durun, təkcə qatıq yeyə bilərsiz.

IV variant

- Üz dərisi torpaq, gil rəngindədir
- Buxaqda səpkilər var
- Yanaqlar sallaqdır
- İkinci buxaq əmələ gəlir
- Yanaqlar qızartılı ləkələrlə örtülür
- Dəri vaxtından əvvəl qocalır

Sizin düşməniniz qlütendir. Qlütenə qarşı həssassız. Qleten taxıl məhsulu, buğdada olur. Çalışın çörək və un məmulatı az yeyəsiz, qlütensiz qidalara keçəsiz.