| Xəbər 804 dəfə oxunub
Masallı sakinindən odlu silah götürülüb

Masallı sakinindən odlu silah aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini İ.Qasımovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ-66” markalı ov tüfəngi, 3 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.