|
52 yaşlı “rəqs edən milyonçu” ilk dəfə ata olacaq

İnstaqramda “rəqs edən milyonçu” kimi məşhurlaşan dünya şöhrətli italiyalı rəqqas Canluka Vakki 52 yaşında ilk dəfə ata olacaq.

Canluka bu barədə sosial şəbəkədə məlumat verib.

O, 27 yaşlı sevgilisi Şeron Fonsekodan ilk övladı olacağını və bunu çoxdan arzuladığını bildirib.

Qeyd edək ki, bu hər ikisin ilk övladı olacaq. Cütlük 2017-ci ildən münasibətdədir.