| Xəbər 14925 dəfə oxunub
İnstaqramda üç yeni funksiya

İnstaqram sosial şəbəkəsi zorakılıqla mübarizə məqsədilə yeni funksiyalarını təqdim edib.

Platforma bu barədə Tvitter hesabında məlumat yayıb.

Bildirilir ki, üç yeni funksiya təqdim olunub. Onlardan biri toplu şəkildə rəylərin silinməsidir. Digər bir özəllik isə eyni zamanda birdən çox hesabı məhdudlaşdırmaq və “qara siyahı”ya atmağın mümkünlüyüdür. Funksiya aktiv olandan sonra eyni anda maksimum 25 rəyi silə bilərsiniz.

Həmçinin, ən sevdiyiniz rəyi ən üstdə göstərmək üçün sabitləmək də mümkün olacaq.

İnstaqramın digər yeniliyi isə adınızın işarələnməsi ilə bağlıdır. Təklif olunan üç funksiya ilə müxtəlif səhifələrdə adınızın işarələnməsi yalnız siz icazə verdikdən sonra baş tutacaq.