| Xəbər 708 dəfə oxunub
Bakıda bank kartından 4500 manat oğurlanıb

Bakıda bank kartından pul oğurlanıb.

APA-nın məlumatına görə, mayın 11-də Yasamal rayonunda yerləşən bankomatların birində şəhər sakini Ş.Cəfərova məxsus kartdan 4500 manat pul çıxarılaraq oğurlanıb.

Daxil olan müraciət əsasında Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətmiş 1996-cı il təvəllüdlü Ü.Rüstəmli saxlanılıb.

Araşdırma aparılır.