| Xəbər 693 dəfə oxunub
Zərdabda 40 yaşlı kişi çayxanada bıçaqlandı

Zərdab rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Məmmədqasımlı kəndindəki çay evində qeydə alınıb.

Kənd sakini, 1990-cı il təvəllüdlü Əhmədzadə Cavid Əhməd oğlu çay evinə daxil olaraq orada nalayiq hərəkətlər edib. Daha sonra o, çayxanada olan həmkəndlisi, 1980-ci il təvəllüdlü Eyvazov Sübhü Seyfəddin oğlunu bıçaqlayaraq hadisə yerindən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3-cü( silahdan və silah qismində əşya tətbiq etməklə xuliqanlıq) maddəsilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən S.Eyvazov saxlanılıb.