| Xəbər 17505 dəfə oxunub
Koronavirus hamını gözlədiyi kimi doğum bumuna səbəb olmayacaq

İnsanlar pandemiyanın gətirəcəyi iqtisadi çətinliklərdən çəkinirlər

Koronavirus pandemiyasının gətirdiyi qeyri-müəyyənlik insanların valideyn olmaq arzularını təxirə salmağa vadar edə bilər.
Musavat.com xəbər verir ki, bununla bağlı İngiltərənin “Daily Mail” qəzetində maraqlı yazı dərc olunub.

Qəzet “Journal of Psychosomatic Obstetrics and Gynecology” jurnalında dərc olunan tədqiqatın nəticələrini ictimaiyyətə çatdırıb.

Florensiya institutunun rəhbərliyi keçirilən araşdırma 3 həftə ərzində İtaliyada 18-46 yaş arası 944 qadın və 538 kişi (düzgün oriyentasiyaya malik) arasında aparılıb.

Sorğu zamanı respondentlərin 37%-i uşaq dünyaya gətirməklə bağlı planlarını dayandırdıqlarını bildiriblər. 80%-i isə ümumiyyətlə əvvəldən belə bir fikirdə olmadıqlarınıı ifadə edib.

“Bunda daha öncə isə ekspertlər koronavirusun insanların evdə vaxt keçirməsi, yəni öz tərəfdaşı ilə daha çox görüşməsi perspektivinin gələcəkdə Qərb ölkələrində uşaq artımına gətirib çıxacağını düşünürdülər”,-deyə məqalədə göstərilib.

Lakin rəyi soruşulanlaırn 60%-i indi həm iqtisadi çətinliklərin yarana biləcəyindən, habelə virusun hamiləlik üçün törədəcəyi təhlükələrdən ehtyat etdiyini dilə gətirib.

Araşdırma müəlliflərindəm doktor Elizabetta Miçellinin sözlərinə görə, uşaq dünyaya gətirmək arzusu ruhu sağlamlaşdırır. Lakin koronavirusun əhali üzərində mənfi təsiri, habelə onların mənəvi sabitliyinə və mehribanlığa vurduğu zərər indidən təşviş doğurur.

Araşdırmaçıların suallaırnı cavablayan 1482 iştirakçıdan 1214-ü, yəni 82%-i ümumiyyətlə əvvəldən pandmeiya böhranı zamanı övladlarının olmasını istəmədiklərini vurğulayıb.