| Xəbər 5412 dəfə oxunub
Mütəmadi olaraq çay içmək beyin sağlamlığına təsir edir – ARAŞDIRMA

Daha çox çay içən şəxslər mükəmməl beyinə sahib olurmuş ....

Çay mədəniyyətimizin ayrılmaz bir hissəsidir. Azərbaycanda da ən çox istehlak edilən məhsullardan biri çaydır.

Cəmiyyət olaraq çay içməyi sevirik. 2019-ci ildə, Dünya Çay Komitəsinin 'Dünya Çay Hesabatı' hazırlayıb. İllik orta çay istehlakı 260 min tondur.

Bəs çox çay içmək zərərlidirmi?

çay içmenin beyin sağlığına etkisi

Beynəlxalq Sinqapur Universitetinin tədqiqatçıları bu məsələyə cavab tapmağa çalışıblar. Tədqiqata görə, mütəmadi olaraq çay içən şəxslərin, olmayanlara nisbətən daha mükəmməl bir beyinə sahib olduğu müəyyən edilib.

çay içmenin beyin sağlığına etkisi

Çay içməyin müntəzəm olaraq beyin sağlamlığına təsiri haqqında maraqlı məlumatları sizlərə təqdim edirik.

Aparılan 3 illik araşdırma zamanı 60 və yuxarı yaşda olan 36 şəxsin sağlamlığı, həyat tərzi və psixoloji durumu barədə məlumatlar toplanıb.

Tədqiqatçılar, təxminən 25 ildir həftədə ən azı dörd dəfə yaşıl, oolong və ya qara çay içən şəxslərin daha təsirli bir beyinə sahib olduqlarını təsbit ediblər.

Tədqiqatın nəticələrinə görə, çay içmək anlayış sağlamlığına müsbət təsir göstərir və beyin hüceyrələrinin bir-biri ilə daha sıx əlaqə qurmasına imkan verir.

Sinqapur Universitetinin apardığı araşdırma beyin sağlamlığı ilə çay içmək arasındakı əlaqəni aşkar edən ilk araşdırmadır. 

Essex Universiteti və Kembric Universitetinin əlavə tədqiqatçıları da “Aging” jurnalında dərc olunan araşdırmaya öz töhfələrini veriblər.