| Xəbər 18513 dəfə oxunub
Karantinə alınmış səfillər spirtli içki və narkotiklə təmin olunur

ABŞ-ın San-Fransisko şəhərində koronavirusa yoluxduğu təsdiqlənən 270-ə yaxın evsiz hər cür şəraitə malik hotellərdə karantinə alınıb.

Bu barədə “The New York Post” xəbər yayıb.

Başının üstündə damdan və yeməkdən əlavə, asılılığı olan 43 “qonağa” spirtli içki, marixuana və tütün paylamağa icazə verilib.

Şəhər Səhiyyə İdarəsinin nümayəndəsi Cenna Leyn bunun onları qaçmaq istəklərindən çəkindirmək üçün edildiyini bildirib.

Onun sözlərinə görə, hökumət koronavirusun yayılma təhlükəsini bu şəkildə azaltmağa qərar verib.