|
"Bir sərnişinin daşınma xərci 52 qəpikdir" -

"Bir sərnişinin daşınması "Bakı Metropoliteni"nə 52 qəpiyə başa gəlir".

Bunu "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov deyib.

Z.Hüseynov qeyd edib ki, əvvəl açıqlanan rəqəmlərdə bir sərnişinin daşınması "Bakı Metropoliteni"nə 48 qəpiyə başa gəlirdi: "Bu rəqəm stabil deyil və zaman keçdikcə dəyişir. İndi bu rəqəm təxminən 52 qəpikdir".