| Xəbər 1711 dəfə oxunub
Alimlər xərçəng və mədə xəstəliklərinə qarşı güclü qidanın adını açıqladı

Tibb alimləri həzm orqanlarını onkoloji xəstəliklərdən qoruyan qidanın adını açıqlayıblar. Bu, banandır.

Medicina.az bildirir ki, son araşdırmalar bananın ürək və həzm orqanlarına çox faydalı olduğunu aşkarlayıb.

Banan bir çox şiş xəstəliklərinin yaranmasının qarşısını alır, astma, yüksək təzyiq, qəbizlik, predmenstrual sindrom, depressiya, duz-su mübadiləsinin pozulması, ürək-damar problemləri, əl-ayağı şişənlər, böyrək xəstələri üçün də faydalıdır.

Mədə problemi olanlara səhər sıyıqla banan yemək tövsiyə olunur.