| Xəbər 6395 dəfə oxunub
İş adamı Zaura ev hədiyyə edib

Aparıcı Zaur Baxşəliyev iş adamının ona ev hədiyyə etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu haqda aparıcı "Bizimləsən" verilişində deyib. 

O, keçmiş aparıcı İlham Mirzəyevin ona ünvanladığı "Yeni evin mübarəkdir, özünə qismət" sözlərinə aydınlıq gətirib: "Hər zamankı evimdir. Allah Aydın Heydərova can sağlığı versin. Mənə evi o, hədiyyə edib. Ölən günə qədər ona borcluyam".