|
FİFA 5 oyunçu dəyişikliyini təsdiqləyir

Koronavirus pandemiyasına görə FİFA bir sıra addımlar atmalı olacaq.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, dünyanın ali futbol qurumu 2019/20 mövsümü bərpa olunacağı halda 5 əvəzetməyə icazə verəcək. Mənbə bildirir ki, FİFA klub üzləri, məşqçi və futbolçuların sağlamlığının müdafiəsi haqda ciddi düşünür. Bununla əlaqədar tibbi tövsiyələr hazırlanır və yaxın vaxtlarda açıqlanacaq.

FİFA-nın baş ofisindən 5 əvəzetməyə icazə veriləcəyi barədə xəbərləri təsdiqləyiblər. Amma əlavə vaxt itkisindən qaçmaq üçün əvəzetmələrin 3-nə oyun, 2-nə isə fasilə vaxtı icazə veriləcək.

İngiltərə Futbol Asssosiasiyası FİFA-nı edəcəyi mümkün yenilikdən razı qalıb. Onlar düşünür ki, veriləcək qərar futbolçuların zədələnmə riskini azalda və matçların daha qısa müddətdə keçməsinə yardım edə bilər.