| Xəbər 1916 dəfə oxunub
Məşhur cütlük küçənin ortasında dava edib

Son dəfə "Sen Anlat Karadeniz" serialında rol alan Ulaş Tuna Astepe ötən gün sevgilisi Cansu Baydar ilə İstanbulun Cihangir səmtində görüntülənib.

Axşam.az xəbər verir ki, gəzinti zamanı cütlük dava edib. İddiaya görə Ulaş  və sevgilisi Cansunun mübahisəsinə səbəb itlərinin başını sığallayan iki şəxs olub.

Astepenin küçənin ortasında sevgilisinə "Onsuz da virus var. Niyə heyvanı insanların sığallamasına imkan verirsən? Etmə" deməsi, qarşı tərəfi özündən çıxarıb.