| Xəbər 1972 dəfə oxunub
Zerrin Özerin sürücüsü keçmiş qayınanası ilə eşq yaşayır

Müğənni Zerrin Özerin fırıldaqçı olduğu üçün boşandığı Murat Akıncının anası ilə bağlı yeni iddia ortaya atılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, qadının ifaçının sürücüsü ilə gizli eşq yaşadığı bildirilib.

Ötən ilin iyununda Murat Akıncıya ərə gedən Özer əri fırıldaqçı olduğu üçün 36 saat sonra boşanmışdı. Lakin sonradan müğənni uzaqlaşdırma qərarı aldığı özündən 27 yaş kiçik Akıncıyla barışıb.

Zerrin keçmiş əri və qayınanası ilə Zekeriyaköydəki evində qalır. İfaçının illərdir köməkçisi olan evli və 3 uşaq atası Nail Çetinalpin isə Akıncının anası Sevilay Ünalla səmimi görüntüləri ortaya çıxıb.

Bundan sonra Zerrinlə sürücüsünün münasibətləri korlanıb. Onlar hazırda küsülüdürlər.