| Xəbər 12698 dəfə oxunub
İnanılmaz faydaları olan bitki:

Orqanizm üçün faydalı bitkilərdən biri də tərxundur.

Publika.az xəbər verir ki, tərxunun çoxlu faydalı xüsusiyyətləri var:

Bu bitki orqanizmi tonuslaşdırır, insanı daha gümrah edir, iş qabiliyyətini artırır, beyinin fəaliyyətini və əhvalı yaxşılaşdırır.

Damarları möhkəmləndirir, onları daha elastik edir, damarlarda trombların və aterosklerozun əmələ gəlməsi riskini azaldır, təzyiqi salır.

-Eyni zamanda, bağırsaqlarda qurdları və patogen mikrobları öldürür, depressiya zamanı yaxşı kömək edir, diş və baş ağrısını azaldır, xərçəng əleyhinə də təsirə malikdir.