| Xəbər 5309 dəfə oxunub
Məşhur müğənni yenidən xərçəng xəstəliyinə tutuldu

“MFÖ” qrupunun solisti, aktyor Özkan Uğur xərçəng xəstəliyinə tutulub. 

Musavat.com xəbər verir ki, 66 yaşlı ifaçı qrup üzvləri ilə #evdəqal konsertlərində iştirak edə bilməyib. Onun müalicəsini davam etdirdiyi məlum olub. 

“Narahatlığımla bağlı zəng edən, soruşan, dualarını əsirgəməyən hər kəsə təşəkkür edirəm. Müalicəm davam edir. Gözəl və sağlıqlı günlərdə birlikdə olacağıq”-, deyə Özkan sosial şəbəkədə yazıb. 

Qeyd edək ki, müğənniyə 2013-cü ildə limfa xərçəngi diaqnozu qoyulmuş, o, xəstəliklə mübarizədə qalib gəlmişdi.