| Xəbər 2489 dəfə oxunub
"Oskar"lıq mübarizə aparmışam

Türkiyəli aktrisa Gökçe Bahadır "YouTube"da yayımlanan verilişlərin birində qonaq olub.

G.Bahadır aktrisa olmaq üçün xeyli mübarizə apardığını bildirib:

"Hayat bilgisi" serialından öncə aktrisa olmaq üçün "Oskar"lıq mübarizə aparmışam. Tıxacla bağlı verilişdə belə aparıcılıq etmişəm. Çılğın bir mübarizə olub".

Aktrisa karantin günlərindən də bəhs edib:

"Evdə qalmaq mənə yaxşı təsir etdi. O qədər ağır iş rejimim var idi ki, virusa görə dincəlmək fürsətim oldu. Evim üçün də darıxmışdım".