| Xəbər 9729 dəfə oxunub
“Tesla” avtomobilləri suyun üzərində qala biləcək

Yeni “Tesla Cybertruck” elektrik pikapları bir müddət suyun üzərində qala biləcək.

“Lenta.ru” xəbər verir ki, bu haqda İlon Mask öz “Tvitter” hesabında yazıb.

“Tesla Cybertruck” modeli 2019-cu ilin noyabr ayında təqdim edilib. Avtomobilin korpusu gülləkeçirməyən poladdan, şüşələri isə polimer kompozitdən hazırlanıb.

Bu modelin əsas xüsusiyyəti futuristik dizayna malik olmasından ibarətdir.

“Tesla Cybertruck” avtomobilinin kütləvi istehsalı 2021-ci ildə başlayacaq.