| Xəbər 3534 dəfə oxunub
Avtomobil velosipedçini vuraraq öldürdü

Ucarda velosipedçini avtomobil vuraraq öldürüb.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Qarabörk kəndi ərazisində baş verib.

Ucar rayon sakini, 1986-cı il təvəllüdlü Allahverdiyev Asim Nazim oğlunun idarə etdiyi "VAZ-21011" markalı minik maşını ilə velosipedlə hərəkətdə olan rayonun Qarabörk kənd sakini, 1956-cı il təvəllüdlü İkiram Soltan oğlu Quliyevi vurub.

Zərərçəkən ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.