|
“Yenə o bağ olaydı” adlı virtual sərgi keçirilib

Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal-qalib gəl!” layihəsi çərçivəsində “Yenə o bağ olaydı” adlı virtual sərgi keçirilib.

 

Axşam.az xəbər verir ki, Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus,  Azərbaycan rəssamlığının korifey sənətkarlarının əsərləri virtual şəkildə sərgilənib.

Səttar Bəhlulzadə, Rasim Babayev, Davud Kazımov,  Böyükağa Mirzəzadə, Asəf Cəfərov, Lətif Feyzullayev, Tahir Salahov, Elmira Şahtaxtinskaya, Toğrul Nərimanbəyov  və s. kimi  rəssamların əsərləri ilə sənətsevərlər virtual şəkildə tanış ola bilərlər.