| Xəbər 3283 dəfə oxunub
Bakıda mağazadan oğurluq edildi

Bakıda mağazada oğurluq hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə aprelin 12-də Türkan qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs paytaxt sakini M.V-yə məxsus mağazadan 1 500 manat dəyərində spirtli içki və tütün məmulatları oğurlayıb.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş V.Əliyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.