| Xəbər 4069 dəfə oxunub
Zəncəfil nəyə xeyirdir?

İsti iqlimlərdə yetişən zəncəfil daha çox ədviyyat olaraq yeməklərdə istifadə edilir. Bəs, bu kök bitkinin faydaları haqqında nə bilirik?

Axşam.az sizə zəncəfilin faydalarından söz açacaq.

İlk olaraq onu deyək ki, zəncəfil soyuqdəymə və mədə ağrısı üçün çox faydalıdır. Hətta hamilə xanımlar ürəkbulanma zamanı bu bitkidən dəmlənmiş çayı içsələr, həmin dönəmi rahat keçirəcəklər.

Bundan başqa, bu ətirli ədviyyat immuniteti artırır, damar tıxanıqlığının qarşısını alır. Xərçəngə qarşı qoruyucudur. Kilo vermək istəyənlər də mətbəxdən zəncəfili əksik etməməlidirlər. Belə ki, zəncəfil və darçın qatılaraq dəmlənmiş yaşıl çay metabolizmanı 2 dəfəyədək sürətləndirə bilir. Qan sulandırıcı dərman içən şəxslərin isə bu ədviyyatdan istifadə etmədən öncə həkimlə məsləhətləşməkləri lazımdır.