| Xəbər 32848 dəfə oxunub
Gözənəkləri kiçildən badam maskası

Qüsursuz dəriyə sahib olmaq üçün badamdan istifadə edə bilərsiniz. Badam dərinizin elastikliyini qoruyan E vitamini ilə zəngindir.

 

Axşam.az dərinizdəki səpkilərin, qara nöqtələrin və gözənəklərin kiçilməsində müsbət rolu olan badam maskasını təqdim edir.

Ərzaqlar:

Fincan yarım badam

1 yemək qaşığı bal

1 çay qaşığı limon suyu

Hazırlanma qaydası:

Badamları bir gecə suda saxlayın. Daha sonra isə qabıqlarını soyub, əzin. Digər ərzaqlar ilə qarışdırıb alınan məhlulu 10 dəqiqə üzünüzdə saxlayın. Ardınca üzünüzü soyuq su ilə durulayın.