| Xəbər 32785 dəfə oxunub
Ölü hüceyrələri təmizləyən çiyələk maskası
Çiyələk təkcə meyvə kimi yox eyni zamanda kasmetologiyada da istifadə olunur. Bu giləmeyvə nəmləndirici təsir edir, yağlı dərinin məsamələrini daraldır, təmizləyir, iltihabları azaldır.

Axşam.az dərini ölü hüceyrələrdən təmizləyən, piqment ləkələri aparan maskanı təqdim edir.

 

Ərzaqlar:

2-3 ədəd çiyələk

1 çay qaşığı limon suyu

Hazırlanma qaydası:

Çiyələyi əzin və üzərinə limon suyunu əlavə edin. Hazır olan məhlulu təmiz üzünüzə vuraraq, 15 dəqiqə gözləyin. Maskanı ilıq su və ya pambıq vasitəsi ilə təmizləyin. Sonda soyuq su ilə durulayın.