| Xəbər 1178 dəfə oxunub
Kürdəmirdə şirkət əməkdaşının törətdiyi yol qəzası ilə bağlı cinayət işi başlanıldı

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.

"Report"un xəbərinə görə, hadisə aprelin 17-si gecə saat 2 radələrində rayonun Atakişili kənd ərazisində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini, 1963-cü il təvəllüdlü "Kürdəmir-pambıq" ASC-də çilingər işləyən Möhkəm İbadov idarə etdiyi "Mitsubishi" markalı avtomobillə piyada hərəkət edən, rayon sakini, 1988-ci il təvəllüdlü Taleh Mahmudovu vurub. T.Mahmudov aldığı xəsarətdən elə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.