| Xəbər 3725 dəfə oxunub
Masallıda yaşayış evində partlayış:

Masallı rayonunun Təzə Alvadı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış zamanı evin konstruksiyaları dağılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri ikisi azyaşlı olmaqla, üç nəfəri dağıntılar altından çıxararaq, aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.