|
Qaxda 6 otaqlı ev yanaraq külə dönüb

Qax rayonunun Zəyəm kəndində ümumi sahəsi 200 m² olan kürsülü, birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.