|
“Acından ilan kimi qıvrılsaq da...”

Əməkdar artist Gülzar Qurbanova sosial şəbəkədə yazdığı fikirlərlə diqqət çəkib. 

Çexovdan misal gətirən aktrisa insanların çətin günləri gülərək qarşılamalı olduqlarını bildirib:

“İnsan acizliyini göstərən, lakin onu təhqir etməyən, güldürən, fəqət utandırmayan Çexov (Anton Çexov – rusiyalı dramaturq - red.) yumoru mənə deyir ki, çətinliyi yumorla, gülə-gülə qarşıla, çünki bu, mənəvi dünyamızın qəliz mərəzlərinin dərmanıdır...
Neyləyim? Böyük Çexovun sözündən çıxa bilmərəm. Bəlkə, ən güclü silah budur- dodaqlarımızda gülüş gəzdirmək... Bəlkə, dünyanı ölümdən qurtaran elə gülüş olacaq? “Ağrıdan, acıdan və acından ilan kimi qıvrılsaq da, biz gülə-gülə yaşamalıyıq” bunu həm də Azərbaycanın Çexovu - İlqar Kamil deyib və mən bu şeiri mütləq səsləndirəcəyəm”.