| Xəbər 3045 dəfə oxunub
Bakıda minik avtomobili ilə yük avtomobili toqquşub,

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, qəza Qaradağ rayonu Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Quba rayon sakini sakini, 1998-ci il təvəllüdlü Səyyad Həzrətquliyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Ramin Cəfərovun idarə etdiyi “Changan” markalı yük avtomobili ilə toqquşub.

 Nəticədə minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.