| Xəbər 2313 dəfə oxunub
Azərbaycanda 13 nəfər metil spirtindən zəhərlənib,

Martın 21-dən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə “Metil spirti zəhərlənməsi" diaqnozu ilə ümumilikdə 13 nəfər müraciət edib.

Bu barədə APA-ya Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 8-i ölüb: “Toksiki məhlulun qəbulu 30 ml-dən çox olanda ölümə səbəb olur”.