| Xəbər 3703 dəfə oxunub
ABŞ-da dünyada ilk dəfə koronavirus pələngdə aşkarlandı

Nyu-Yorkun “Bronkssk” heyvanat parkındakı dişi pələngdə koronavirus testi müsbət nəticə verib.

“Report” xəbər verir ki, bu barədə Vəhşi heyvanların Saxlanılması Cəmiyyətinin (WCS) bəyanatında deyilir.

"Dörd yaşlı Malayya pələngi “Nadi”də koronavirus aşkarlanıb. Onda, digər pələng “Azul”da, iki Amur pələngi və üç Afrika şirində quru öskürək müşahidə olunur. Onların hamısının sağalacağı gözlənilir”, - press-relizdə deyilir.

“Biz ehtiyat tədbiri kimi pişik üzərində koronavirus testi keçirdik", - deyə xəbərdə əlavə edilib.

ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidmətinin milli laboratoriyası həmçinin dişi pələngdə koronavirusun mövcudluğunu təsdiqləyib.