| Xəbər 5732 dəfə oxunub
Koronavirus qadağası:

Cənubi Amerika ölkəsi olan Peruda qəribə koronavirus qadağası tətbiq edilib.

“HaberGlobal” məlumat verir ki, ölkədə virusun yayılmasının qarşısını almaq məqsədilə qadınlar və kişilər fərqli günlərdə evdən çıxa biləcəklər.

Perunun dövlət başçısı Martin Vizkarra açıqlama verərək, kişilərin bazar ertəsi, çərşənbə, cümə günləri, qadınların isə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri çölə çıxa biləcəklərini deyib.

Qaydanın aprelin 12-dək davam edəcəyi bildirilib.

İnsanlar yalnız bank, aptek və marketə gedə biləcəklər.

Bu qaydalar dövlət işində və xüsusi ehtiyac tələb olunan sahələrdə işləyənlərə aid edilmir.

Qeyd edək ki, Peruda koronavirus səbəbindən 55 nəfər ölüb, 1414 nəfər isə virusa yoluxub. (oxu.az)